Avropa çempionatında vida matçı: Polina Rəhimova milli formasını soyundu
Azərbaycan voleybolçusu Polina Rəhimova milli karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Hücumçu millidəki son oyununu Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə komandasına qarşı keçirib.
Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Polina Rəhimovaya uzun illər ərzində millimizə, ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Polina Rəhimova 2007-ci ildən voleybol üzrə Azərbaycan yıöma komandasının üzvü idi.
Namiq HUN