Messinin gedişi baş məşqçini kövrəltdi: “Ona məşqçilik etmək ən böyük xəyalım idi”
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni Lionel Messinin Beninlə yoldaşlıq oyununda (3:0) millidəki vida matçı barədə duyğusal fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Ole” məlumat yayıb.
39 yaşlı ulduz futbolçunun son matçında bir qol vurub, iki məhsuldar ötürmə etdiyini xatırladan Skaloni hisslərini belə ifadə edib:
“Bu, çox təsirli və eyni zamanda qəmgin bir gün idi, çünki o, artıq bu formanı geyinməyəcək. Ona məşqçilik etmək mənim üçün bir arzu idi. Bu gün qalan son gücümlə hamının qarşısında bunu ona dedim. Düşünürəm ki, istənilən argentinalı eyni şeyi deyərdi. Bu, həyata keçirməyə müvəffəq olduğum bir xəyal idi. Tarixin əla futbolçusunun - bütün 20 illik karyerası ərzində ən yaxşısı olan və indi də belə qalan birinin məşqçisi olacağımı ağlıma belə gətirməzdim.
Bizə onun yanında olmaq imkanı yaratdığı üçün ona sonsuz təşəkkür edirik. Oyundan əvvəl gözümdən axan yaş da bundan xəbər verirdi - beynimdən yüzlərlə fikir keçirdi. Onu bir daha millidə görməmək həqiqətən kədərli olacaq, çünki o, arxasında inanılmaz bir irs qoyur. Biz elə də yola davam edəcəyik, çünki irəli getmək lazımdır. Argentina millisi öz yolunu sürdürəcək, amma onun kimi futbolçu bir daha olmayacaq”.
Qeyd edək ki, Messi Argentina yığmasının heyətində keçirdiyi 208 matçda 126 qol vurub vər 70 məhsuldar ötürmə verib.
Namiq HUN