Avropa çempionatı: Azərbaycan birinci səbətdə

Avropa çempionatı: Azərbaycan birinci səbətdə
27.02.2026 11:26 İdman

Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.

TodayPress TV xəbər verir ki, Azərbaycan yığma komandası Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək püşkatma mərasimində birinci səbətdə yer alacaq.

Avropa çempionatı – Səbətlər

I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan

II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan

III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya

IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislava şəhərində təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər