Avrokuboklarda son söz deyildi: Azərbaycan 27-ci yerdə qaldı
Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci pillədə başa vuracaq.
TodayPress TV xəbər verir ki, bu göstərici avrokubokların pley-off mərhələsinin oyunları başa çatdıqdan sonra dəqiqləşib.
27-ci pillədən aşağıda qərarlaşan ölkələrin turnirlərdə artıq təmsilçisi qalmayıb.
Azərbaycan 22.2937 əmsalla 27-ci sırada yer alıb.
Qeyd edək ki, “Qarabağ” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsində “Nyukasl Yunayted”ə iki oyunun nəticəsinə əsasən (1:6, 2:3) məğlub olaraq turnirlə vidalaşıb.
Namiq HUN