AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi
22.08.2026 22:59 İdman

Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında (CEV Trendyol EuroVolley 2026 Women) ikinci günün oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında ilk olaraq Belçika və İspaniya komandaları üz-üzə gəliblər.

Gərginliyi ilə yadda qalan bu görüşdə Belçika yığması rəqibini 3:2 hesabı ilə məğlub edib.

Daha sonra meydana Rumıniya və Niderland komandaları çıxıblar. Maraqlı mübarizə şəraitində keçən bu qarşılaşmada da tay-brek qeydə alınıb. Niderland yığması meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, C qrupunda keçirilən ilk oyunlardan sonra Azərbaycan millisi 3 xalla qrupda liderdir. Niderland və Belçika 2, İspaniya və Rumıniya 1 xala sahibdir. Portuqaliyanın isə xalı yoxdur.

Qeyd edək ki, növbəti oyunlar avqustun 23-də keçiriləcək. Sabah saat 15:30-da Portuqaliya–Belçika, saat 18:30-da isə İspaniya–Azərbaycan qarşılaşmaları olacaq.

22 avqust (2-ci gün)

Belçika – İspaniya 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8)

Rumıniya – Niderland 2:3 (21:25, 28:26, 15:25, 25:22, 9:15)

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər