“Atletiko”da Alvares həyəcanı: ulduz futbolçu yenə məşq etmədi

“Atletiko”da Alvares həyəcanı: ulduz futbolçu yenə məşq etmədi
28.08.2026 14:32 İdman

“Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvares ardıcıl üçüncü gündür komandanın məşqində iştirak etmir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Klub rəhbərliyi bu vəziyyəti Alvaresin özünü yaxşı hiss etməməsi ilə izah edir. Lakin argentinalı futbolçunun komandadan ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərlər fonunda onun məşqlərdə iştirak etməməsi diqqət çəkib.

Xatırladaq ki, “Atletiko”nun baş direktoru Migel Anxel Xil daha əvvəl “Barselona”nın Alvaresi transfer etmək cəhdinə sərt şəkildə qarşı çıxıb. Forvard da bu yay karyerası ətrafında baş verənlərdən ciddi narahatdır.

Argentinalı futbolçu yeni mövsüm avqustun 23-də “Atletiko”nun heyətində ilk oyununa çıxıb. Alvares La Liqanın II turunda “Vilyarreal”la ev matçının (2:2) ikinci hissəsində meydana daxil olub. Onun meydana qayıdışı azarkeşlərin mənfi reaksiyası ilə müşayiət olunub. “Atletiko”nun fanatları qarşılaşma boyu hücumçunu fitə basıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər