Atletikada yeni dünya rekordu müəyyənləşdi
ABŞ-nin qadınlardan ibarət yüngül atletika komandası Tokioda keçirilən dünya çempionatında 4x400 metr məsafəyə estafet yarışında qalib gələrək rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, amerikalı atletlər məsafəni 3 dəqiqə 16,16 saniyəyə qət edərək, dünya çempionatı tarixində ən sürətli vaxta imza atıblar.
İlk üçlüyü Yamayka və Niderland komandaları təşkil edib.
Namiq HUN