“Aston Villa”nın ulduzu hamını geridə qoydu!

“Aston Villa”nın ulduzu hamını geridə qoydu!
21.05.2026 11:49 İdman

UEFA Avropa Liqasının 2025/2026 mövsümünün ən məhsuldar futbolçuları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, turnirin bombardirləri Iqor Jezus və Petar Staniç olub.

“Nottinqem Forest”in hücumçusu İqor Jezus və “Ludoqorets”in yarımmüdafiəçisi Petar Staniç mövsümü 7 qolla başa vurublar.

6 qol vuran futbolçular sırasında isə Antoni (“Betis”), Rodriqo Salasar (“Braqa”) və Kerem Aktürkoğlu (“Fənərbağça”) yer alıb.

“Qol+assist” sisteminə görə isə ən yaxşı göstərici Emiliano Buendiaya məxsus olub. “Aston Villa”nın futbolçusu 4 qol və 6 məhsuldar ötürmə ilə ümumilikdə 10 xal toplayıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalında “Aston Villa” Almaniyanın  “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Klubun baş məşqçisi Unai Emeri isə beşinci dəfə UEFA Avropa Liqasını qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər