"Arsenal" səfərdə "Aston Villa"nı məğlub etdi
Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun səfər oyununda "Arsenal" "Aston Villa"nı məğlub edib.
TodayPress TV xəbər verir ki, Birmingemdəki "Villa Park" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.
Yeganə qolun müəllifi "topçular"ın yarımmüdafiəçisi Bukayo Saka olub.
Qeyd edək ki, növbəti turda "Arsenal" sentyabrın 6-da London derbisində "Çelsi"ni qəbul edəcək, "Aston Villa" isə bir gün əvvəl səfərdə "Hall Siti" ilə oynayacaq.