“Arsenal” final öncəsi PSJ-nin ulduzuna göz dikdi!
İdman
08.05.2026 10:12
“Arsenal” klubu “PSJ”nin hücumçusu Bredli Barkolanı transfer etmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.
London təmsilçisi Fransa millisinin 23 yaşlı futbolçusunun durumunu yaxından izləyir.
“Arsenal” artıq Barkola ilə bağlı bütün vacib məlumatları toplamağa başlayıb.
Daha əvvəl “PSJ”nin futbolçuya yeni müqavilə təklif etdiyi bildirilsə də, Barkola hələlik bu təklifi qəbul etməyib.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi vurğulanır.
Maraqlıdır ki, “Arsenal” Barkolanın oyununu yaxından izləmək imkanı əldə edəcək.
Mayın 30-da Budapeştdə keçiriləcək UEFA Çempionlar Liqasının finalında London klubu PSJ ilə qarşılaşacaq.
Qeyd edək ki, Paris təmsilçisi ardıcıl ikinci dəfə finala yüksəlib, “Arsenal” isə son 20 ildə ilk dəfə həlledici oyunda iştirak edəcək.
Namiq HUN
tag: Arsenal,PSJ,Bredli Barkola,Transfer,Todaypress.tv,
