Arda Turandan mənəvi çağırış: Matç Türkiyədə olsun!

Arda Turandan mənəvi çağırış: Matç Türkiyədə olsun!
28.02.2026 10:08 İdman

Ukraynanın “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Polşanın “Lex Poznan” komandası ilə cavab oyununu Türkiyədə keçirmək istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, mütəxəssis bu addımın həm idman, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Arda Turan bildirib:

“UEFA Konfrans Liqasında ‘Lex Poznan’ ilə cavab matçını Türkiyədə oynamaq istəyirəm. Ümid edirəm ki, UEFA icazə verəcək. Əgər “Göztepe” bizi qəbul etmək istəsə, matçı İzmirdə keçirmək istərdik. Bununla çox fəxr edərdim. Düşünürəm ki, türk xalqı bizi, Ukrayna xalqını dəstəkləyəcək”.

Qeyd edək ki, “Şaxtyor Donetsk” ilk oyununu martın 12-də Polşada “Lex Poznan”a qarşı keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər