“Araz-Naxçıvan” Baxşıyev məsələsinə nöqtə qoydu

“Araz-Naxçıvan” Baxşıyev məsələsinə nöqtə qoydu
05.12.2025 15:50 İdman

“Araz-Naxçıvan” klubunun baş məşqçi Elmar Baxşıyevlə yollarını ayırması gündəmdə deyil.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, Elmar Baxşıyevin istefaya göndərilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində əlavə vaxtda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

“Araz-Naxçıvan” Premyer Liqanın 13 turundan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər