“Araz-Naxçıvan” baş məşqçi ilə müqaviləni uzatdı

“Araz-Naxçıvan” baş məşqçi ilə müqaviləni uzatdı
27.05.2025 13:39 İdman

“Araz-Naxçıvan” klubunun baş məşqçi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadılıb.   

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis 2025/2026 mövsümündə də “Araz-Naxçıvan”da işləyəcək.

“Qırmızı-ağlar”ın onunla anlaşması 1 illikdir. 

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub.

Klub tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər