Apellyasiyalar rədd edildi, cəza qüvvədə qaldı
İdman
24.02.2026 09:55
Beynəlxalq Tennisdə Dürüstlük Agentliyi (ITIA) üç tennisçinin – Rusiyadan Mark Kaufman və Serbiyadan Draqinya Vukoviç ilə Mila Masiçin müvəqqəti olaraq yarışlardan kənarlaşdırıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, 20 yaşlı Mark Kaufman (karyerasında ən yüksək göstəricisi cütlərdə 2023-cü yer) 24 dekabr 2025-ci ildən etibarən reqlament qaydalarını pozduğuna görə müvəqqəti diskvalifikasiya olunub. Tennisçinin təqdim etdiyi apellyasiya şikayəti rədd edilib.
25 yaşlı Draqinya Vukoviç (ən yüksək reytinqi – fərdi 527-ci yer) və 28 yaşlı Mila Masiç (ən yüksək reytinqi – fərdi 875-ci yer) isə 2025-ci ilin dekabrında ciddi qayda pozuntusu ehtimalına görə yarışlardan uzaqlaşdırılıblar. Masiçin apellyasiya müraciəti də təmin edilməyib.
Qeyd edək ki, müvəqqəti kənarlaşdırma yekun istintaq başa çatanadək qüvvədə olacaq. Bu müddət ərzində idmançılar ITIA-ya üzv qurumların və ya hər hansı milli assosiasiyanın himayəsi altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.
Namiq HUN
tag: Beynəlxalq Tennis,Dürüstlük Agentliyi,Cəza,Qərar,Todaypress.tv,
