Antoni MY macərasını xatırladı: “Bu yolun həm ağrısı, həm işığı oldu”
İdman
06.12.2025 16:56
“Mançester Yunayted” klubunda çıxış etmiş Antoni 2022-ci ildə 100 milyon avroya baş tutan transferindən sonra “qırmızı şeytanlar”ın heyətindəki dövrünü dəyərləndirib.
TodayPress TV Marca nəşrinə istinadən xəbər verir ki, braziliyalı cinah oyunçusu “Ayaks”dan “Old Trafford”a məhz bu məbləğə keçmişdi.
“100 milyon avro ödəyirsinizsə, təbii ki, daha yüksək nəticə gözləyirsiniz. Mən bunu anlayıram. Şübhəsiz ki, məsuliyyətimi dərk edirəm. Eyni zamanda, çox çətin şəxsi vəziyyətlərlə üzləşmişdim. Belə anlar yolun bir parçasıdır. Amma işıq saçan cəhətlər də vardı. Mən titullar qazandım və dostlar əldə etdim - bu, ömrümün sonuna qədər mənimlə qalacaq” - Antoni açıqlamasında deyib.
Qeyd edək ki, bu il sentyabrın 1-də Antoni “Betis” klubuna transfer olub. Daha əvvəl, 2025-ci ilin yanvarından mövsümün sonunadək isə “Betis”də icarə əsasında çıxış edib.
Namiq HUN
tag: Antoni,Mançester Yunayted,Klub,Futbol,Todaypress.tv,
