Anri: Bu tandem hər müdafiənin kabusudur!
İdman
07.05.2026 17:19
Keçmiş fransalı futbolçu Tyerri Anri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə PSJ arasında keçirilən cavab oyunundan sonra Paris təmsilçisinin hücum xəttini xüsusi qeyd edib.
TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Anri xüsusilə Xviça Kvaratsxeliya və Usman Dembele tandeminin istənilən müdafiə üçün böyük problem yaratdığını bildirib:
“İki fərqli üslubda sizi məhv edə bilən vingerlərin olması istənilən müdafiə üçün kabusdur. Bunu “Bavariya” ilə cavab oyununda dərhal gördük. Kvaratsxeliya topu qazandı, hücuma çıxdı və Dembeleyə ideal ötürmə verdi. O da üçüncü dəqiqədə hesabı açdı.
Erkən qol matçın taleyini demək olar ki, həll etdi. Xviça və Dembele bir-birini mükəmməl anlayır. Biri müdafiəçilərin diqqətini yayındırır, digəri isə boş zonalardan istifadə edir. Dembele imkan yarananda çox soyuqqanlıdır, Kvaratsxeliya isə driblinqi və meydan görüşü ilə xaos yaradır”.
Qeyd edək ki, Çempionlar Liqasının finalına yüksələn “Pari Sen-Jermen” “Arsenal”a rəqib olub.
Namiq HUN
tag: Tyerri Anri,UEFA,Bavariya,PSJ,Tdoaypress.tv,
