Alonsodan "Formula-1"ə texniki inqilab təklifi: "Bolidlər həqiqi yarış maşınına çevrilməlidir!"

Alonsodan "Formula-1"ə texniki inqilab təklifi: "Bolidlər həqiqi yarış maşınına çevrilməlidir!"
28.09.2026 17:07 İdman

İkiqat dünya çempionu, "Aston Martin"in ispaniyalı pilotu Fernando Alonso müasir hibrid sistemli bolidlərlə "Formula-1" yarışlarının keyfiyyətini necə artırmağın mümkün olduğunu izah edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Mən ehtimal ki, batareyanın maksimal gücünü azaldardım ki, onun istifadə müddətini uzada bilim. Hazırda elektrik enerjisinin sürətli verilməsi hesabına çox tez sürətlənirik, lakin enerji bitdikdə kəskin yavaşlama baş verir. Nəticədə döngəyə daxil olarkən qəribə mənzərə yaranır: qaz pedalını buraxırsınız və son 200 metri sadəcə inersiya ilə hərəkət edirsiniz.

Əgər güc daha uzun müddətə paylanması üçün bir qədər azaldılsa, sürət göstəriciləri həqiqi yarış maşınına bənzəyər. Siz maksimal sürətə düzlüyün ortasında yox, məhz döngəyə çatanda çatmış olarsınız", - deyə Alonso bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər