Netanyahu həddini aşdı: Ərdoğana qarşı...
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iş hazırlanması üçün nazirliklərarası qrup və hüquq rəsmilərinə göstəriş verib.
TodayPress TV xəbər verir ki, "i24NEWS"un məlumatına görə, hazırlanması nəzərdə tutulan iş Türkiyənin “kürd əhalisinə münasibəti” və Ərdoğan hökumətinin HƏMAS-ı maliyyələşdirdiyi barədə iddialara əsaslanacaq.
Bildirilir ki, İsrail tərəfi bu iddiaları Ərdoğana qarşı mümkün hüquqi prosesdə əsas arqumentlər kimi təqdim etməyi nəzərdən keçirir.
Jalə Rövşən
Benyamin Netanyahu
Rəcəb Tayyib Ərdoğan
Beynəlxalq Cinayət Məhkəməsi
HƏMAS
Hüquqi proses
Todaypress.tv
Jalə Rövşən