Netanyahu bu ölkəyə gizli səfərə çıxdı

Netanyahu bu ölkəyə gizli səfərə çıxdı
28.09.2026 15:41 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gizli səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu şəxsi təyyarə ilə Əbu-Dabiyə gedib və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. İsrail baş naziri ölkədə təxminən dörd saat qaldıqdan sonra həmin axşam İsrailə qayıdıb.

N12 görüşün əsasən qapalı formatda, təkbətək keçirildiyini bildirib. İsrail Baş Nazirinin Ofisi səfər və danışıqların detalları ilə bağlı açıqlama verməyib.

Səfərin baş verdiyi vaxt İsrail və BƏƏ arasında regional təhlükəsizlik məsələləri ilə bağlı təmaslar davam edir. Bu fonda Netanyahunun 2023-cü il oktyabrın 7-dən əvvəl Məhəmməd bin Zayedlə telefon danışığı da yenidən gündəmə gəlib.

"Haaretz" qəzetinin daha əvvəl yayımladığı araşdırmaya görə, həmin telefon danışığında Bin Zayed Netanyahuya HƏMAS lideri Yəhya Sinvarın Qəzzada genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər