"Red Bull"da böyük böhran: Kristian Horner sükutu pozdu!
"Red Bull"un keçmiş rəhbəri Kristian Horner Avstriya komandasının hazırkı durumu barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
"Mənə elə gəlir ki, 12 aydan sonra bu komandaya baxdıqda (Horner 2025-ci ilin iyulunda "Red Bull"dan ayrılıb), onun öz ruhunu, həyəcanını, nüfuzunu və daxili atmosferini itirdiyini görmək olar", — deyə Horner bildirib.
Qeyd edək ki, 52 yaşlı britaniyalı mütəxəssis 2005-ci ildən 2025-ci ilə qədər "Red Bull"a rəhbərlik edib. Bu müddət ərzində komanda onun başçılığı altında 8 sürücülər çempionluğu və 6 Mühəndislər Kuboku qazanıb.
Namiq HUN