Orta Şərqin ikinci böyük gücü Səudiyyə niyə bu gündədir?

Orta Şərqin ikinci böyük gücü Səudiyyə niyə bu gündədir?
28.09.2026 17:05 Dünya

Səudiyyə Ərəbistanı müxtəlif təhdidlərə qarşı çoxqatlı hava hücumundan müdafiə imkanlarını inkişaf etdirir. Ölkənin arsenalında “THAAD”, “Patriot” PAC-2/PAC-3, “I-HAWK”, “Shahine”, “Crotale”, “VL-MICA”, “Avenger”, “Stinger” və “Mistral” kimi sistemlər yer alır.

TodayPress TV xəbər verir ki, müxtəlif açıq mənbələrdə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin sayının kifayət qədər böyük olduğu bildirilir.

Bu sistemlər ballistik raketlər, qanadlı raketlər, təyyarələr və pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı istifadə üçün nəzərdə tutulub.

ABŞ 2017-ci ildə Səudiyyə Ərəbistanına 44 “THAAD” buraxılış qurğusu, 360 ədəd “THAAD” ələkeçirmə raketi və 7 AN/TPY-2 radarı daxil olmaqla, təxminən 15 milyard dollar dəyərində mümkün satışa razılıq verib.

Bundan əlavə, 2026-cı ilin yanvarında ABŞ Səudiyyə Ərəbistanına 730 ədəd “Patriot” PAC-3 MSE raketinin mümkün satışını təsdiqləyib. Razılaşmanın ümumi dəyəri 9 milyard dollaradək qiymətləndirilib. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin məlumatına görə, bu satış Səudiyyə Ərəbistanının inteqrasiya olunmuş hava və raketdən müdafiə imkanlarının gücləndirilməsinə xidmət etməlidir.

Səudiyyə Ərəbistanı həmçinin Cənubi Koreyanın “Cheongung-II” orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə edib. 2024-cü ildə “LIG Nex1” şirkəti Səudiyyə Ərəbistanı ilə 10 “Cheongung-II” batareyasının tədarükü üzrə 3,2 milyard dollarlıq müqavilə imzalayıb.

Beləliklə, ölkənin hava hücumundan müdafiə strukturu müxtəlif məsafələrdə və fərqli təhdidlərə qarşı fəaliyyət göstərən sistemlərin kombinasiyasına əsaslanır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər