Tramp və Si geri addım atdı – 60 milyardlıq razılaşma

Tramp və Si geri addım atdı – 60 milyardlıq razılaşma
28.09.2026 16:04 Dünya

ABŞ və Çin qarşılıqlı ticarətdə təxminən 60 milyard dollar dəyərində mallara tətbiq olunan tariflərin azaldılması barədə razılığa gəlib. 

TodayPress TV "CNN"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-Çin Ticarət Şurasının tövsiyələri əsasında açıqlama yayılıb. 

Razılaşmaya əsasən, hər iki ölkə digər tərəfdən 30 milyard dollar dəyərində həssas olmayan malların daha aşağı tariflərlə idxalına imkan verəcək. Siyahıya kənd təsərrüfatı və enerji məhsulları ilə yanaşı, oyuncaqlar, məişət əşyaları və digər məhsullar daxildir.

ABŞ Ticarət Nümayəndəliyi bildirib ki, yeni mexanizm iki ölkə arasında daha balanslı ticarətin təmin edilməsinə yönəlib.   

Jalə Rövşən

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər