"Benfika"ya təzminat, milliyə "yox": Мourinyonun möhtəşəm "Real" sevgisi!
"Real Madrid"in baş məşqçisi Jоzе Моurinyo Portuqaliya milli komandasının sükanı arxasına keçə bilərmiş, lakin o, Madrid klubuna qayıtmağı üstün tutub.
TodayPress TV xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
DÇ-2026-dan bir neçə həftə əvvəl Portuqaliya Futbol Federasiyası Roberto Martinesin gedişindən sonra yığmanı tapşırmaq üçün Mourinyo ilə danışıqlar aparıb. Tərəflər arasında müzakirələr davam etdiyi bir vaxtda "Real"ın prezidenti Florentino Peres təcrübəli mütəxəssisə kluba qayıtmaq təklifi ilə müraciət edib. 2013-cü ildə "Kral klubu"ndan ayrıldıqdan sonra da Pereslə əlaqəsini kəsməyən Mourinyo bu dəvəti qəbul etmək qərarına gəlib. Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin həmin vaxt çalışdığı "Benfika" klubuna təzminat ödəyərək transferi rəsmiləşdirib.
Portuqaliya Federasiyası Mourinyonun bu seçiminə anlayışla yanaşıb və daha sonra milli komandaya Jorje Jezuşu baş məşqçi təyin edib. Qeyd edək ki, federasiya hələ 2012-ci ildə də Mourinyo "Real"da işləyərkən ona hər iki postu paralel tutmaq şərti ilə millini həvalə etmək istəmiş, lakin klub rəhbərliyi bu ideyanı rədd etmişdi.
Namiq HUN