Yarım milyon əsgər paytaxta girmək üçün gecənin düşməsini gözləyir
Yəməndə hökumət qüvvələrinin 400 minə yaxın hərbçisinin husilərin nəzarətində olan paytaxt Sənaya doğru irəliləməyə hazırlaşdığı barədə sosial şəbəkələrdə iddia yayılıb.
TodayPress TV xəbər verir ki, yüz minlərlə Yəmən əsgərinin paytaxtın ətrafında mövqe tutduğu və husiləri şəhərdən çıxarmaq üçün əməliyyat əmri gözlədiyi iddia olunur.
Bunun Yəməndə qüvvələr nisbətini dəyişə biləcək genişmiqyaslı əməliyyata çevrilə biləcəyi qeyd edilir.
Mövcud məlumatlara görə, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələrin sayının təxminən 400 min olduğu bildirilir. Bununla belə, bu rəqəm onların hamısının Səna ətrafında cəmləşdiyi anlamına gəlmir. Məlumatlara əsasən, hökumət qüvvələrinin əsas hissəsi Mərib, Taiz və ölkənin cənub və şərq qubernatorluqlarında yerləşir.
Səna isə hazırda husilərin nəzarətində olan ərazilər sırasındadır. Husi qüvvələrinin də 200 mindən çox döyüşçüyə malik olduğu barədə məlumatlar mövcuddur, lakin tərəflərin açıqladığı rəqəmlərin real döyüş qabiliyyətini tam əks etdirmədiyi bildirilir.
Qiymət Mahir