Avropa İttifaqı Tatarıstan liderinə sanksiya tətbiq etdi
Avropa İttifaqı Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanova Ukraynalı uşaqların Rusiyaya qanunsuz köçürülməsində iştirak etdiyi iddiası ilə sanksiya tətbiq edib.
TodayPress TV xəbər verir ki, müvafiq Aİ Şurasının qərarı sentyabrın 15-də qüvvəyə minib.
Aİ Rusiya hakimiyyətinin Ukraynalı yetkinlik yaşına çatmayanlara qarşı hərəkətlərini qanunsuz deportasiya və məcburi köçürülmə kimi qiymətləndirir.
Qeyd edək ki, may ayında Aİ 16 şəxs və 7 təşkilata qarşı məhdudiyyətlər tətbiq edib. Onlar Ukraynalı uşaqların deportasiyası, məcburi assimilyasiyası və qanunsuz övladlığa götürülməsində iştirakda ittiham olunublar.
Jalə Rövşən
Avropa İttifaqı
Tatarıstan Respublikası
Rüstəm Minnixanov
Ukraynalı uşaqları
Jalə Rövşən
Todaypress.tv