Alonso sükutu pozdu: Yeni reqlament “Formula-1”in ruhunu öldürür?

Alonso sükutu pozdu: Yeni reqlament “Formula-1”in ruhunu öldürür?
23.09.2026 15:48 İdman

“Formula-1” üzrə ikiqat dünya çempionu və “Aston Martin”in ispaniyalı pilotu Fernando Alonso yeni reqlament səbəbindən bəzi mərhələlərin daha pis hala gəldiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Autosport” nəşri məlumat yayıb. 

“Düşünürəm ki, keçirilən yarışlardan nəticə çıxarmaq lazımdır. Silverstone kimi inanılmaz bir trassımız var idi, amma o artıq heyranedici deyil. Spa trassı var idi, haradakı “Eau Rouge” döngəsindən keçmək sanki utancverici idi. Suzukadakı “130R” döngəsi... Bəzi trasslar bu il “məhv edildi””, - deyə Alonso vurğulayıb. 

Qeyd edək ki, Alonso bundan əvvəl “Formula-1”dəki 20 ildən artıq karerasında ən çox nə ilə qürur duyduğunu izah etmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər