Alkaras “US Open”də parladı, zədəsi ilə bağlı müjdə verdi
“Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras “US Open-2026”da ilk yarışdan sonra biləyinin vəziyyəti barədə açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb.
“US Open-2026” biləyindəki zədə səbəbindən üç aydan çox müddət ərzində yarışlardan kənarda qalan Alkarasın ATP turuna qayıtdığı ilk turnirdir.
“Biləyim artıq ağrımır. Özümü əla hiss edirəm. Kənardan necə göründüyünü bilmirəm, amma öz hisslərimə görə topa həmişəki kimi zərbə vururdum. Adi tennisimi oynadım, qolum və biləyim özünü əla hiss edirdi. Əlbəttə, qarşıdakı günlərdə və oyunlardan əvvəl ehtiyatlı olacağam. Amma nəhayət, biləyimdə ağrı hiss etmədiyim üçün çox xoşbəxtəm”, – deyə Alkaras bildirib.
Qeyd edək ki, Karlos Alkaras ilk turda rusiyalı Roman Safiullini 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Namiq HUN