Akrobatlarımız dünya çempionu oldular
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Çempionatında Azərbaycan idmançıları uğur qazanıblar.
TodayPress TV xəbər verir ki, qadınlardan ibarət qrup – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 28.580 xal toplayaraq temp hərəkətləri proqramında qızıl medal əldə edib. Gimnastlarımız bu nəticə ilə dünya çempionu olublar.
Yarışda Azərbaycanı təmsil edən kişi cütlüyü – Murad Rəfiyev və Daniel Abbasov isə balans hərəkətləri proqramında 28.950 xal toplayaraq bürünc medal qazanıblar.