Ağlasığmaz səbir və taktika: Karpfişinq üzrə yeni çempionlar bəlli oldu
Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə karpfişinq (balıqtutma) üzrə üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası – Azər Əliyev, Nihad Camalov və Hüseyn Qeibi Azərbaycan çempionu olub.
“Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası – Sahil Ağamalıyev, İsa Əliyev və Elmir Səfiyev ikinci,
Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası – Əhməd Məmmədov, Faiq Şirinbəyli və Əli Məmmədov isə üçüncü yeri tutublar.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbr nümayiş etdirməsi də mühüm rol oynayır. Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.
Namiq HUN