AFFA İcraiyyə Komitəsi qərar verdi
Futzal üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyinatı baş tutub.
TodayPress TV xəbər verir ki, Vitali Borisovla yolları ayıran Futzal Federasiyası bu vəzifəyə rusiyalı Yevgeni Kukseviçi təyin edib.
“Araz-Naxçıvan” klubunu da çalışdıran əcnəbi mütəxəssislə 1 illik müqavilə imzalanıb. Qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında açıqlanıb.
Qeyd edək ki, Yevgeni Kukseviç ilin əvvəlindən “Araz-Naxçıvan” klubuna rəhbərlik edir.
Namiq HUN