AFFA-dan sərt qərar – “Sumqayıt” cəzalandırıldı!

İdman

06.05.2026 16:28

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu cəzalandırıb.

TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz” ilə keçirilən oyunda baş verən hadisələrlə bağlı qəbul olunub.

Belə ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 5 oyunluq cəzalandırılıb. Bu cəzanın 2 oyunu şərti xarakter daşıyır. Klub buna görə əlavə olaraq 5 min manat cərimə edilib.

Komandanın baş məşqçisi Saşa İliç isə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti 2 oyunda texniki zonada yer ala bilməyəcək. Bu səbəbdən klub daha 5 min manat cərimələnib.

Ümumilikdə “Sumqayıt” 10 min manat məbləğində cərimə olunub.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Sumqayıt,Cəza,Klub,Todaypress.tv,