AFFA-dan sərt qərar

AFFA-dan sərt qərar
20.11.2025 14:46 İdman

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) altı komandaya texniki məğlubiyyət verib. 

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında “Atiq”, “Lokomotiv” və “Dirçəliş” komandaları heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.

U-16 Qızlar Liqasında isə “Turan Tovuz” klubu “Təhsil” 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.

AFFA Region Liqasında keçirilən “Capital Baku” - “City Baku” matçı qalmaqal səbəbindən başa çatmayıb. Kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə “Capital Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında İCBFA klubu “Quba” ilə matçda təyin edilən vaxtda meydana çıxmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər