AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı
AFFA-da iki departament rəhbəri vəzifəsindən azad edilib.
TodayPress TV “Sport1.az”a istinadən xəbər verir ki, AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən uzaqlaşdırılıb.
Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da postundan azad edilib.
Qeyd edək ki, AFFA bu məlumatı təsdiqləsə də, onların hansı səbəbdən vəzifələrindən azad edildiklərini açıqlamayıb.
Namiq HUN