Açıq Era tarixində 2-ci dəfə: Şelton Alkarasın taxtını əlindən aldı!
ABŞ temsilçisi Ben Şelton “US Open - 2026” turnirinin 1/4 final mərhələsində unikal göstəriciyə imza atıb.
TodayPress TV xəbər verir ki, “Opta Ace” portalının statistikasına əsasən, dünyanın 9-cu raketkası Açıq Era dövründə (1968-ci ildən bəri) “Böyük Dəbilqə” turnirinin tarixində son çempionu 5-ci setin tay-breykində məğlub edən ikinci tennisçi olub.
O, 1/4 finalda turnirin son çempionu, 7 qat “Böyük Dəbilqə” qalibi Karlos Alkarası 5 setlik gərgin matçda – 6:7 (5:7), 6:1, 6:3, 1:6, 7:6 (10:7) hesabı ilə üstələyib.
Qeyd edək ki, Alkaras ötən mövsümün finalında italiyan Yanik Sinnerə qalib gələrək kuboku qazanmışdı.
Tarixdə ilk dəfə belə bir nəticəyə 1997-ci ildə "US Open" turnirində çexiyalı tennisçi Petr Korda imza atmışdı.
Namiq HUN