Abubakar "Neftçi"yə üç xal qazandırdı

Abubakar "Neftçi"yə üç xal qazandırdı
26.10.2025 19:18 İdman

Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar. Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) üstələyib. "Araz-Naxçıvan" - "Sabah" görüşü 2:2 hesablı heç-heçə ilə bitib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər