ABŞ üzgüçüsü "batterflay" növündə dünya çempionu oldu

ABŞ üzgüçüsü "batterflay" növündə dünya çempionu oldu
30.07.2025 18:30 İdman

ABŞ-li üzgüçü Luka Urlando Sinqapurda keçirilən Üzgüçülük üzrə 2025 Dünya Çempionatında 200 metr məsafəyə "batterflay" (kəpənək) üsulu ilə üzmə yarışında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, finalda o, 1 dəqiqə 51,87 saniyəlik nəticə ilə birinci olub.

İkinci yeri polşalı Kşiştof Xmelevski tutub – o, qalibdən 0,77 saniyə geri qalıb. Üçüncü yerin sahibi isə avstraliyalı Harrison Törner olub (+2,3 saniyə).

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər