A Seriyasında qiymət partlayışı: “Milan” və “Roma” ulduzları sıçrayış etdi!
“Roma”nın hücumçusu Malen və “Milan”ın iki yeni transferi A Seriyasının en çox qiyməti artan 10 futbolçusu sırasına düşüb.
TodayPress TV nüfuzlu “Transfermarkt” portalının yenilənmiş dəyərləndirməsinə əsasən xəbər verir ki, İtaliya A Seriyasında bazar dəyəri ən çox artan futbolçuların siyahısı açıqlanıb.
“Roma”nın hücumçusu Doniell Malen cari mövsümün ilk 5 turunda 6 qol vuraraq qiymətini 10 milyon avro artırıb. Niderlandlı futbolçu Paytaxt klubuna keçəndən bəri çıxış etdiyi 26 matçda 21 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkir.
Siyahıya “Milan”ın yeni transferi Diequ Moreyra başçılıq edir (+20 milyon avro). “Milan”ın digər gənc transferi Alfaco Sisse isə ilk üçlükdə yer alıb (+13 milyon avro).
Bazar dəyəri ən çox artan TOP-10 futbolçu:
1. Diequ Moreyra (“Milan”) - € 45 mlın (+ € 20 mlın)
2. Hakobo Ramon (“Komo”) - € 45 mlın (+ € 15 mlın)
3. Alfaco Sisse (“Milan”) - € 20 mlın (+ € 13 mlın)
4. Alessandro Romano (“Kalyari”) - € 15 mlın (+ € 13 mlın)
5. Alyö Ncie (“Fiorentina”) - € 15 mlın (+ € 12 mlın)
6. Manu Kone (“Roma”) - € 60 mlın (+ € 10 mlın)
7. Doniell Malen (“Roma”) - € 55 mlın (+ € 10 mlın)
8. Martin Baturina (“Komo”) - € 55 mlın (+ € 10 mlın)
9. Andi Diuf (“İnter”) - € 30 mlın (+ € 10 mlın)
10. Randal Kolo Muani (“Yuventus”) - € 30 mlın (+ € 10 mlın)
Namiq HUN