85,5 milyon avroluq transfer: Qordon “Arsenal” yolunda!

İdman

28.02.2026 11:55

“Arsenal” klubu Entoni Qordonu transfer etmək üçün ciddi addım atmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri  məlumat yayıb. 

London təmsilçisi “Nyuкаsl”ın cinah hücumçusu üçün 75 milyon funt sterlinq (təxminən 85,5 milyon avro) təklif edə bilər.

Bildirilir ki, “topçular” futbolçu uğrunda mübarizədə “Liverpul” və “Mançester Yunayted” klubunu qabaqlayır.

Potensial transfer baş tutarsa, bu, komandada oynayan Qabriel Martinellinin ayrılması ehtimalını gündəmə gətirə bilər.

Qeyd edək ki, Qordon 2023-cü ilin yanvarından “Nyukasl Yunayted” klubunda çıxış edir. Cari mövsümdə o, 38 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Entoni Qordon,Arsenal,Klub,Transfer,Todaypress.tv,