48 komandalı tarixi mundial: bu gün rəqiblər bəlli olacaq
İdman
05.12.2025 10:00
Bu gün DÇ-2026-nın püşkü atılacaq.
TodayPress TV xəbər verir ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi Birləşmiş Ştatların paytaxtı Vaşinqtondakı “Kennedi Senter”də keçiriləcək.
DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mundialın baş mükafatı uğrunda mübarizə aparacaq.
Püşkatmanın səbətləri isə aşağıdakı kimidir:
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FIFA pley-off qalibləri (2 komanda).
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Namiq HUN
tag: DÇ,2026,Komanda,Seçim,Todaypress.tv,
