45 yaşında tarix yazdı: Fernando Alonsodan inanılmaz “Formula-1” rekordu!
“Formula-1” üzrə ikiqat dünya çempionu, “Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso Niderland Qran-prisinin nəticəsinə əsasən tarixi göstəriciyə imza atıb.
TodayPress TV xəbər verir ki, Alonso 45 yaşında “Formula-1” yarışında 1974-cü ildən bəri xal qazanan ilk pilot olub.
İspaniyalı sürücü Zandvortda keçirilən Niderland Qran-prisinin əsas yarışını doqquzuncu pillədə başa vurub və aktivinə iki xal yazdırıb.
“Formula-1”də 45 və daha yuxarı yaşda sonuncu dəfə xal qazanan pilot əfsanəvi britaniyalı, ikiqat dünya çempionu Qrem Hill olub. O, 1974-cü ildə İsveç Qran-prisində altıncı yeri tutaraq bir xal qazanıb. Bu, Hillin karyerasında “Formula-1” üzrə son xalı olub.
Qeyd edək ki, Qrem Hill 1975-ci ildə, 46 yaşında təyyarə qəzasında həlak olub.
Namiq HUN