Yenidən Ombudsman seçilən Səbinə Əliyeva kimdir? - DOSYE

Yenidən Ombudsman seçilən Səbinə Əliyeva kimdir? - DOSYE
03.11.2026 12:19 Gündəm

Milli Məclisdə keçirilən səsvermə nəticəsində Səbinə Yaşar qızı Əliyevanın namizədliyi dəstəklənib.

TodayPress TV onun dosyesini təqdim edir:

Səbinə Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim və diplomat Yaşar Əliyevin ailəsində anadan olub.

1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Ardınca Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.

2016-cı ildə “Beynəlxalq hüquq; İnsan hüquqları” ixtisası üzrə “Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2015-ci ildə aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. 2016-cı il iyunun 21-də Prezidentin sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Səbinə Əliyeva 2019-cu il noyabrın 29-da Prezident tərəfindən Ombudsman vəzifəsinə irəli sürülən üç namizəd arasından Milli Məclisin qərarı ilə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilmişdi.

Ailəlidir, iki övladı var. Həyat yoldaşı isə Milli Məclisin deputatı Siyavuş Novruzovdur.

Beləliklə, o, daha bir müddət ölkənin əsas insan hüquqları institutuna rəhbərlik edəcək.

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər