19 yaşlı fenomen sükutu bozdu: "Məqsədimiz yeni titullardır!"
“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda Niderlandın “Feyenoord” klubuna qarşı keçiriləcək matç öncəsi şəxsi və komanda məqsədləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb.
Gənc ulduz əsas məqsədinin inkişaf etməyə davam etmək və yeni titullar qazanmaq olduğunu bildirib:
“Mövsüm üçün məqsədlərimiz? Komanda səviyyəsində - titullar qazanmağa davam etmək. Şəxsi səviyyədə isə - inkişaf etməyi sürdürməkdir. Mən hələ çox gəncəm və daha da artıracaq potensialım var, məhz bu mənim əsas hədəfimdir”.
Qeyd edək ki, Lamin Yamal 2026/2027-ci illər mövsümünün startında “Barselona”nın heyətində La Liqada 4 matçda meydana çıxıb və 4 qola imza atıb.
Kataloniya təmsilçisinin “Feyenoord”u qəbul edəcəyi Çempionlar Liqası matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Namiq HUN