18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı
Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi “Instagram” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Nihad Məmmədov 18,20 metr (59 fut 7 düym) məsafəyə ən uzun stolüstü tennis servisini yerinə yetirərək dünya rekorduna imza atıb.
Beləliklə, azərbaycanlı idmançı bu nəticə ilə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Qeyd edək ki, əvvəlki rekord 16,70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsus olub.
Namiq HUN