18 illik seriya qırıldı, Ronaldu küsdü: Norveçdə gərgin anlar!

18 illik seriya qırıldı, Ronaldu küsdü: Norveçdə gərgin anlar!
28.09.2026 08:30 İdman

Portuqaliya milli komandasının kapitanı və ulduz hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasının A Liqasının IV qrupunun II turunda Norveçə qarşı keçirilən səfər matçından (2:1) sonra azarkeşlərə təşəkkür etmədən meydanı tərk edib.

TodayPress TV xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb. 

Bildirilib ki, matçın bitdiyini bildirən final fitindən sonra Ronaldu Ullevaal stadionunu tərk edib. Komanda yoldaşları isə meydanda toplaşaraq səfər oyununa gələn 500-ə yaxın portuqaliyalı azarkeşi salamlayıblar.

Qeyd edək ki, Kriştianu Ronaldu son 18 ildə ilk dəfə olaraq milli komandanın rəsmi matçını tam şəkildə ehtiyat oyunçular skamyasından izləyib. Norveçlə görüşdə Portuqaliyanın qollarını Joao Feliks və Qonsalo Ramuş vurublar, meydan sahiblərinin heyətində isə Erlinq Haaland fərqlənib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər