Zakir Həsənov Zəfər abidəsində - Şəhidlər anıldı

Zakir Həsənov Zəfər abidəsində - Şəhidlər anıldı
27.09.2026 10:58 Hərbi

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, nazirlik əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər