Zakir Həsənov Serbiyada səfərdədir

Zakir Həsənov Serbiyada səfərdədir
10.06.2026 13:09 Hərbi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.

TodayPress TV

FOTOLAR

Zakir Həsənov Serbiyada səfərdədir — 1
Zakir Həsənov Serbiyada səfərdədir — 2
Zakir Həsənov Serbiyada səfərdədir — 3
Zakir Həsənov Serbiyada səfərdədir — 4
Zakir Həsənov Serbiyada səfərdədir — 5
Zakir Həsənov Serbiyada səfərdədir — 6
XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər