İran Trampı seçim qarşısında qoydu: “Müharibəyə də, diplomatiyaya da hazırıq”
İran ABŞ ilə münasibətlərdə həm yeni hərbi eskalasiyaya, həm də diplomatik danışıqlara hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Abbas Əraqçi “NBC News”a müsahibəsində bildirib ki, növbəti müharibə başlayacağı təqdirdə Tehran buna hazır olacaq.
Nazir ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazı ilə bağlı son təkliflərini rədd etməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Tehran bu qərarla bağlı vasitəçilərdən rəsmi məlumat almayıb.
Türkan İsgəndərli