Rusiyanın neft bazaları vurulur, yanacaq qiymətləri yüksəlir: Trampın gizli razılaşması ortaya çıxdı - VİDEO
Rusiyanın Krasnodar vilayətində yerləşən Novotitarovskaya neft bazasına hücum edildiyi bildirilir. Hadisə Ukraynanın Rusiya neft obyektlərinə zərbələrinin fonunda baş verib.
TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenskidən dizel yanacağı istehsal edən neft emalı zavodlarına hücumları dayandırmağı xahiş etdiyini açıqlamışdı.
Trampın sözlərinə görə, Zelenski buna müsbət yanaşaraq, hücumları məhdudlaşdıracağını bildirib.
Bu açıqlamalar ABŞ və Avropada yanacaq qiymətlərinin artdığı bir dövrə təsadüf edir. ABŞ-də yanacağın qiymətinin aşağı salınması Vaşinqton üçün mühüm məsələlərdən biri olaraq qalır.
Bununla yanaşı, Rusiyanın neft emalı infrastrukturuna hücumların intensivliyinin əvvəlki dövrlə müqayisədə azaldığı müşahidə olunur.
Mediada Ukraynanın bu siyasət qarşılığında ABŞ-dən əlavə hərbi dəstək, o cümlədən uzaqmənzilli raketlər ala biləcəyi barədə ehtimallar səsləndirilir. Lakin belə bir razılaşmanın mövcudluğu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Türkan İsgəndərli