Skuterlə gəldi, avtomatla atəş açıb qaçdı

Skuterlə gəldi, avtomatla atəş açıb qaçdı
28.09.2026 07:50 Dünya

Fransanın Lion şəhəri yaxınlığındakı Venissye qəsəbəsində bar-restoranın terrasında atəş açılıb, 3 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Hadisə ötən gecə saat 01:40 radələrində baş verib. Polisə görə, atəş əvvəllər də fevral ayında silahlı hücuma məruz qalan obyektin terrasında açılıb.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs avtomatik silahdan istifadə edib və elektrik skuteri ilə hadisə yerindən qaçıb.

Atəş açılması nəticəsində 3 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında vəziyyəti ağır olan 18 yaşlı qız da var.

Prokurorluq hadisəni şəhərdə və aqlomerasiya ərazisində geniş yayılmış narkotik ticarəti ilə əlaqələndirməyib.

Hadisə ilə bağlı araşdırma Ron departamentinin Mütəşəkkil və İxtisaslaşmış Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinə həvalə edilib. İş mütəşəkkil qrup tərəfindən qəsdən insan həyatına qəsd maddəsi ilə açılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər