Tailandda həyat iki günlük dayandı!

Tailandda həyat iki günlük dayandı!
28.09.2026 01:55 Dünya

Tailand hökuməti daşqın səbəbindən Banqkok və üç qonşu əyalətdə 28 və 29 sentyabrı xüsusi istirahət günləri elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirlik aparatının mətbuat katibinin müavini Lalida Phrıtvivatthana bildirib.

Onun sözlərinə görə, qərar leysan yağışların səbəb olduğu daşqınlar və yolların su altında qalması nəticəsində əhalinin hərəkətində yaranan çətinliklərlə əlaqədar qəbul edilib.

Bununla yanaşı, dövlət qurumları xidmətləri onlayn kanallar vasitəsilə adi qaydada göstərməyə davam edir.

Müavin bildirib ki, qərar tövsiyə xarakteri daşıyır. Dövlət qurumları və müəssisələri, eləcə də özəl sektor 28 və 29 sentyabrın qeyri-iş günü elan edilməsinin zəruriliyini və məqsədəuyğunluğunu müstəqil şəkildə qiymətləndirməlidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər